Son 9 ayda Azərbaycana 176 ölkədən turist gəlib

26.10.2022,14:52


26 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olub (2021-ci ilin yanvar-sentyabr aylarında 11,2 faiz).

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu göstərici Şabranda 89,6 faiz, Naftalanda 37,5 faiz, Qubada 30,4 faiz, Lənkəranda 25,9 faiz, Beyləqanda 25,7 faiz, Bakıda 23,6 faiz, Qəbələdə 21,8 faiz, Şuşada 19,1 faiz, Ağcabədidə 19,1 faiz, Qusarda 16,9 faiz, Sabirabadda 16,9 faiz digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1 milyon 162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil edib.