Azərbaycanda sahibkarlar bizdən daha çox kredit məhsulları barədə soruşurlar - Bank rəsmisi

12:15 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Bakıda III Maliyyə və İnvestisiya Forumu keçirilib.

ABC.AZ-ın məlumatına görə, Forumda Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib ki, Azərbaycanda sahibkarlar bizdən daha çox kredit məhsulları barədə soruşurlar.

Amma mən özümə borc bilirəm deyim ki, biz həm də səhmdar kapitalda payçı kimi iştirak edə bilərik.

Onun sözlərinə görə, hansı sahibkarla görüşürlərsə hamısı daha çox kreditlə bağlı istəklərini çatdırırlar.

"Səhmdar kapitalda payçı kimi bizim öz strategiyamız var və o şirkətlər razı olsa, biz 5-7 il ərzində payımızı satıb çıxa bilərik. Amma bunun üçün şirkət dayanıqlı və davamlı inkişaf yolunda olmalıdır”, - deyə o, qeyd edib.

Bütün xəbərlər