Şirkətlər bu avtomobilləri sığortalamaqdan imtina edir

14:44 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobilləri icbari sığorta etmirlər. Həmin nəqliyyat vasitələrinin daha çox taksidə istifadə edildiyini ehtimal edən şirkətlər bunun riskli olduğunu əsas gətirərərək icbari sığorta etməkdən imtina edirlər.

ABC.AZ xəbər verir ki, iki həftə əvvəl Almaniyadan gətirilən avtomobili heç bir sığorta şirkəti icbari sığorta etmir.

Paytaxt sakini Rafət Rzayev deyir ki, avtomobil Azərbaycana gətirildikdən sonra gömrük rəsmiləşdirməsini rahat edib, Baş Dövlət Yol Polisi İdarəsində nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanı alıb.

Amma icbari sığorta etmək istəyəndə şirkətlər ona bildiriblər ki, mühərrik həcimi 1.4 olduğu üçün bu mümkün deyil.

Bütün xəbərlər