MDB ölkələrindən Azərbaycana gələnləri sayı artıb - Hesabat

14:21 - 22.05.2023


22 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1.9 dəfə artaraq 213.4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1.7 dəfə artaraq 27.6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4.0 faiz artaraq 76.2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 33.7 faizi dəmir yolu və avtomobil, 64.8 faizi hava, 1.5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 23.2 faiz artaraq 493.1 min nəfər olmuşdur.

Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1.8 dəfə, Gürcüstana gedənlərin sayı 41.6 faiz, Türkiyəyə gedənlərin sayı 5.5 faiz artmış, İrana gedənlərin sayı isə 26.5 faiz azalıb.

Ölkə vətəndaşlarının 38.9 faizi Türkiyəyə, 24.1 faizi Rusiya Federasiyasına, 9.4 faizi Gürcüstana, 7.8 faizi İrana, 19.8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69.6 faizini kişilər, 30.4 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan  vətəndaşlarının 29.5 faizi dəmir yolu və avtomobil, 67.8 faizi hava, 2.7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bütün xəbərlər