ASA: Azərbaycanda sığortaçılar vasitəçilərə komissiya haqlarını artırırlar

17:40 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosunun (ISB) sığorta şirkətləri ilə görüşü olub.

ASA-nın məlumatında deyilir ki, görüş, İcbari Sığorta Bürosunun elektron sistemində tətbiq edilə biləcək  yeniliklərə həsr olunmuşdur.

“Həmçinin, bonus-malus sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiqi, sığorta şəhadətnamələri gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, texniki səhvlərin aradan qaldırılması və s. mövzular müzakirə olunub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, müzakirənin əsas mövzusu sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımı məsələsi olub, Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Birlik daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması qərara alındı. Qrup  tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

 

Bütün xəbərlər