330x110
 

Azərbaycanda icbari avtomobil sığortası il ərzində 21%-ə qədər artıb

03.11.2017,11:35


Oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 96 040 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır.

İcbari Sığorta Bürosundan verilən məlumatda deyildiyi kimi, bunlardan 14 199 müqavilə, xarici ölkələrdə qeydiyyata alınmış, tranzit məqsədi ilə daxil olan avtomobillər üzrə bağlanılmış müqavilələrdir.

Məlumatda həmçinin deyilir: “Oktyabr ayında standart və sərhəd sığorta müqavilələri üzrə  7635989 manat həcmində sığorta haqları toplanıb. 2016-cı ilin analoji dövrü ilə müqayisədə, icbari avtomobil sığortası üzrə müqavilələrin sayı 21%-ə qədər, sığorta haqları isə 16%-ə qədər artıb”.