Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ölkələrin ilk üçlüyünə daxil olub

17:05 - 21.02.2019


21 fevral, Fineko/abc.az. “TurStat” analitik agentliyi fevralın 21-i, Ümumdünya Bələdçi Günündə MDB ölkələrində Rusiya turistləri üçün ən yaxşı ekskursiya istiqamətlərini təqdim etdi.

TurStat” məlumat verir ki, MDB məkanında Rusiya turistlərinin ekskursiya istirahəti üçün ən yaxşı ölkələrin beşliyinə Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ermənistan daxil olub.

“Belarus 27% səs, Qazaxıstan - 22%, Azərbaycan - 16%, Özbəkistan - 12% və Ermənistan - 9% səs toplayıb”, - xəbərdə belə deyilir.

“TurStat”ın məlumatına görə, MDB ölkələrinə, turizm səfərlərinə bələdçi ilə mədəni-idrak turları və ekskursiyaları daxil olan ekskursiya turizmi ildə üç milyondan çox səfər və tur təşkil edir.

Reytinq ekskursiya turları bazarının tədqiqatı və və internet-sorğu nəticələrinə əsasən tərtib edilib.

 

 

Bütün xəbərlər