“Şahdağ” yayda aktiv istirahət üçün ən populyar mərkəzlərin ilk beşliyinə daxil olub

14:18 - 22.07.2019


22 iyul, Fineko/abc.az. “TurStat” Turizm analitik agentliyi yayda aktiv istirahət və trekinq üçün Rusiya və MDB ölkələrinin dağ kurortlarının reytinqini təqdim edib.

“TurStat”ın araşdırmasına görə, Rusiyada və MDB ölkələrində fəal yay istirahəti üçün məşhur olan kurortların və gəzməli yerlərin ilk onluğuna Soçidə “Krasnaya Polyana”, Qazaxıstanın Almatı şəhərindəki Çimbulak, Krım Respublikasında Krım dağları, Azərbaycanda “Şahdağ” kurortu, Qaraça-Çərkəzdə Dombay, Dağlıq Altayda Katun silsiləsi, Kabardin-Balkariyada Elbrus ətrafı, Kemerovo vilayətində Şeregeş, Murmansk vilayətində Xibinı, Qırğızıstanda isə Qaraçay daxildir.

Dağ kurortlarının reytinqi populyarlıq, infrastrukturun inkişafı və nəqliyyat imkanlarının təhlili nəticəsində tərtib edilmişdir.

 

Bütün xəbərlər