Azsığorta ASC-nin Direktorlar Şurası üzvlərindən biri vəzifəsindən ayrılıb

24.07.2019,14:45


24 iyul, Fineko/abc.az. Azsığorta ASC-dən verilən məlumata görə, sığorta şirkətinin Direktorlar Şurasının üzvü olan Ziya Talıbov vəzifəsini öz istəyi ilə tərk edib və həmin vəzifəyə hələki yeni təyinat olmayıb.

Ziya Talıbov 2014-cü ildə Azsığorta ASC-nin Direktorlar Şurasının üzvü təyin olunmuşdu.

Qeyd edək ki, Azsığorta ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyevdir.

Xatirladaq ki, ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan Azsığorta ASC 2006-cı ildən fəaliyyət göstərir. Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.