330x110
 

İcbari tibbi sığortanın tətbiqi barədə daha bir AÇIQLAMA

27.11.2019,14:36


27 noyabr, Fineko/abc.az. 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemindəki problemlər tam deyil, mərhələlərlə həllini tapacaq.

ABC.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn icbari tibbi sığortanın tətbiqi barədə danışarkən belə deyib.

Fikrini daha da konkretləşdirən R. Hüseyn qeyd edib ki, burada heç kimin əlində sehirli çubuq yoxdur və bir anda hər şey dəyişməyəcək: “İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq və xəstəxanalarda həmin xəstəxana olacaq. Amma yeni mexanizmlərin tətbiqi nəticəsində müsbət dəyişiklər özünü göstərəcək. Xarici təcrübəyə də baxsaq görərik ki, bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşır. Onun üçün cəmiyyət olaraq bu islahatları dəstəkləməli və hər bir vətəndaş onun uğuru üçün öz töhfəsini verməlidir. Ölkə miqyasında icbari tibbi sığortanın tətbiqini bu il ölkəmizdə həyata keçirilən sosial islahatların davamı kimi qiymətləndirə bilərik”.

Müəllif: Elmir Murad