Sığorta şirkətlərindən mesaj - Evinizi sığortalayın, əks halda cərimələnəcksiz

10:47 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvarın 1-dən əmlaklarını sığortalamayanlar cərimələnəcək.

ABC.AZ xəbər verir ki, artıq bununla bağlı bəzi sığorta şirkətləri vətəndaşlara xəbərdarlıq edirlər. Belə ki, şirkətlər "əmlakınızı sığortalayın yoxsa cərimə olunacaqsız" deyə postlar paylaşırlar.

İcbari sığorta haqqında qanuna görə, mənzil və ya evlərin illik sığortası 30-50 manat arasında dəyişir. Bakıda 50 manat, nisbətən böyük şəhərlərdə 40 manat, rayonlarda isə 30 manat ödəməklə, mənzili müvafiq olaraq 25 min manat, 20 min manat və ya 15 min manat məbləğində sığortalamaq olar. Nəzərə alsaq ki, Bakıda evlərin orta qiyməti 100 min manat təşkil edir qalan 75 min manatı könülü sığortalamaq olar. Bunun üçün 150 manat ödəmək lazım gələcək. Başqa sözlə, cəmi 200 manat ödəməklə eviniz 100 min manatlıq sığortalanır.

Qeyd edək ki, gələn il yanvarın 1-dən evlərini sığortalamayanlar 30 manat cərimə olunacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər