Əmlak sığortası ilə bağlı Türkiyədən mütəxəssislər dəvət olunub - Elman Rüstəmov

12:27 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Azərbaycanda əmlakın sığortalanması sahəsində ciddi işlər görmək üçün Türkiyədən ekspertlər dəvət etmişik.

Onların bu sahədə çox yaxşı ənənəsi və proqramları var.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.

Biz onların sayəsində Azərbaycanda da əmlakın sığortası sahəsində ciddi işlər həyata keçirməyi düşünürük deyən E.Rüstəmov vurğulayıb ki, bunun üçün  mexanizm hazırlanacaq: "Bu istiqamətdə ciddi işlər görürük və bununla bağlı hökumətə təkliflər verəcəyik. Yaxınlarda qardaş Türkiyədə bildiyiniz kimi zəlzələlər oldu. Biz baxdıq ki, onlar bu zaman tətbiq etdikləri sığorta proqramı ilə necə yaranmış problemi aradan qaldırdılar. Onlarda əmlak sığortası ilə bağlı çox gözəl mexanizm var".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər