330x110
 

Bu tibbi xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - SİYAHI

14.02.2020,12:27


14 fevral, Fineko/abc.az. İcbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QIÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün "İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda keçirilən tədbirdə Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

O, qeyd edib edib ki, Agentlik çevik mexanizm üzərində işləyir və ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın.

Onun sözlərinə görə, bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir: “Bu il yanvarın 1-dən ölkə üzrə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq. Ən son olaraq, Bakı və Sumqayıtda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanacaq və bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsi 100 faizə çatacaq".

Müəllif: Elmir Murad