330x110
 

Bütün icbari sığorta məhsulları elektronlaşdırılacaq - ASA sədri

16.03.2020,11:46


16 mart, Fineko/abc.az. Biz istəyirik ki, əmlak sığortası da avtomobil məsuliyyəti sığortası kimi kağızın üzərində yox, elektron formatda olsun.

Bunu ABC.AZ-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Azər Əliyev deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı nəzarət orqanı olan Mərkəzi Banka ASA tərəfindən təkliflər vermişik.

A.Əliyev qeyd edib ki, daşınmaz əmlak sığortası ilə yanaşı, icbari sığortaya daxil olan bütün sığorta məhsulları elektrinlaşdırılacaq: "Ekspertlər qeyd etmişdi ki, əmlak sığortası düzgün bir sığorta növü deyil, başqa cür olmalıdır. Bəli orda boşluqlar da, zəif və güclü tərəflər də var. Onun üzərində də biz təkliflərimizi Mərkəzi Banka verdik. Orada ekspertlərin qeyd etdiyi bütün irad və təklifləri nəzərə almışıq. Hazırda əmlak sığortası əsasən mülkiyyət sığortalıdır, orda məsuliyyət yoxdur. Təklif olunur ki, ora məsuliyyəti də əlavə edək. Biz ilk növbədə icbari sığorta növündəki məshsulların elektronlaşdırılmasını təklif etmişik. Çünki bunu İcbari Sığorta Bürosu (İSB) çox qısa müddətdə həyata keçirə bilər. O biri növlər isə İSB-nin səlahiyyətlərində deyil".

Müəllif: Elmir Murad