Qəbələyə gələn turistlər kəskin artıb - Statistika

14:16 - 18.03.2020


18 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Qəbələyə gələn turistlərin sayında kəskin artım olub.

 ABC.AZ Qəbələ Rayon Statistika İdarəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Qəbələdəki otel və mehmanxana tipli müəssisələrdə 23 min 506 nəfər yerli və əcnəbi turist qalıb. Onların 15 min 662-si və ya 66,6 faizi Azərbaycan, 7 min 844-ü və ya 33,4 faizi xarici ölkə vətəndaşı olub.

Bu isə o deməkdir ki, sözügedən dövrdə otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 min 716 nəfər və ya 32,1 faiz artıb.

Bütün xəbərlər