“Bakı Sığorta”-nın mənfəəti 29% azalıb - Ötən illə müqayisədə

11:15 - 8.04.2020


8 aprel, Fineko/abc.az. “Bakı Sığorta” ASC 2019-cu ili 237 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 29% azdır. Belə ki, “Bakı Sığorta” ASC 2018-ci ili 334 min manat xalis mənfəətlə başa bağlamışdı.

Ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 86 min manat, cəmi xərcləri isə 1 milyon 789 min manat təşkil edib. Şirkət 296 min manatlıq əməliyyat mənfəətindən 59 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 109 min manat, cəmi xərcləri 1 milyon 691 min manat, əməliyyat mənfəəti (maliyyə mənfəəti) 418 min manat təşkil etmişdi. Şirkət həmin il maliyyə mənfəətindən 83 min  605 manat mənfəət vergisi ödəmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər