Gürcüstanda otellər fəaliyyətini bərpa edir – Bu gündən

14:37 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Bu gündən etibarən Gürcüstanda bütün restoranlar təmamilə fəaliyyətlərini bərpa edib.

ABC.AZ-ın Gürcüstan mətbuatına istinadən məlumatına görə, qaydalara əsasən, müştərilər sosial məsafəni qorumalı və maska taxmalıdırlar. Bir masada 6 nəfərdən çox şəxs otura bilməz.

Bu gündən, şəhərlərarası nəqliyyat da öz fəaliyyətini bərpa edəcək. Bununla yanaşı bütün ölkə üzrə valyutadəyişmə məntəqələri də fəaliyyətlərini bərpa edəcəklər. Bu gün həmçinin, Səhiyyə Nazirliyi tərəfindən müvafiq icazə verilmiş və yoxlanışdan keçən mehmanxanalar da öz fəaliyyətlərini davam etdirə biləcəklər.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər