Gürcüstanda daxili turizm mövsümü açıq elan edilib

14:24 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Bu gündən etibarən Gürcüstanda daxili turizm mövsümünə start verilib.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Hökumətin Qurumlararası Koordinasiya Şurasının 7 may tarixində keçirilən iclasında qərar verilib.

"Bu gündən etibarən Gürcüstanda yerli turizm sezonu açılacaq, 1 iyuldan etibarən isə Gürcüstan xarici turistlər qəbul etməyə hazır olacaq", - deyə Koordinasiya Şurasının qərarında qeyd olunub.

Qeyd edək ki, Gürcüstan ilk olaraq İsrail ilə ikitərəfli turizm sezonunu açmaq istəsə də İsraildə koronavirusun artması səbəbi ilə bu məsələ təxirə salındı.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər