330x110
 

"Amrah Sığorta"-nın təsisçiləri müştəri axtarır – Şirkət satılır ya bağlanır?

05.08.2020,14:11


5 avqust, Fineko/abc.az. "Amrah Sığorta"-nın bağlanması və ya satılması məsələsi gündəmdədir.

ABC.AZ-ın etibarlı mənbədən aldığı məlumata görə, hazırda "Amrah Sığorta"-nın təsisçisi şirkəti satmaq barədə düşünür.

"Hazırda investor axtarırlar ki, şirkəti satsınlar. "Amrah Bank" ın bağlanmasından sonra onsuz da rentabelliyi aşağı olan bir şirkəti davam etdirməkdə maraqlı deyillər. Amma təbii ki, şirkəti kimin alacağı və ya satılıb-satılmayacağını zaman göstərəcək. "Amrah Sığorta"-nın yığımları əvvəllər daha aşağı idi, Kasko Butik layihəsində sığortaçı qismində iştirakdan sonra isə şirkətin yığımları kəskin artıb. Əgər bu əməkdaşlıq uzunmüddətli olarsa, şirkətin bazar mövqeyi bir az da möhkəmlənə bilər. Amma, düşünürəm ki, təsisçiləri şirkəti saxlamaq niyyətində deyil" deyə mənbəmiz qeyd edib.

Xatırladaq ki,"Amrah Bank"-ın bağlanmasından sonra "Amrah Sığorta"-nın da başı üzərində qara buludlar gəzməkdədir. Hələ bir müddət əvvəl bəzi ekspertlər də adıçəkilən sığorta şirkətinin bağlanma ehtimalını istisna etməmişdi. Görünən odur ki, ekspertlərin ehtimalları özünü getdikcə doğruldur, amma şirkətin təsisçiləri isə bağlanmaqdan daha çox onu satmaq barədə düşünürlər.

Müəllif: Elmir Murad