“Meqa Sığorta”nın xalis mənfəəti artıb

12:07 - 24.08.2020


24 avqust, Fineko/abc.az. “Meqa Sığorta” ASC bu ilin I yarısını 2,631 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,25% çoxdur.

6 ay ərzində “Meqa Sığorta”nın gəlirləri 11,97 milyon manat (illik müqayisədə 2,7% az), xərcləri 8,682 milyon manat (8,1% az), mənfəət vergisi ödəmələri isə 658 min manat (15,25% çox) təşkil edib.

Bu il iyulun 1-nə “Meqa Sığorta”nın aktivləri 49,287 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,8% azalaraq 20,324 milyon manata düşüb, balans kapitalı isə 11,1% artaraq 28,963 milyon manata, o cümlədən nizamnamə kapitalı 58,6% artaraq 23 milyon manata çatıb.

 

Bütün xəbərlər