Bu gün AMB-ın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17:31 - 28.02.2018


28 fevral, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notları uğurla yerləşdirib.

“Bakı Fond Birjası” QSC xəbər verir ki, AMB fevralın  28-də 50100967S ISIN kodlu istiqrazlar satıb. Notlar, 250 milyon manat həcmində  28 gün müddətinə təklif edilmişdir.

20 investordan 942 374,1 min manat məbləğində notların alışına dair 23 sifariş daxil olmuşdur. İnvestorlar notlara  99,3812 manat təklif etmişlər (illik gəlirlilik: 8,01%).

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,3812 AZN (gəlirlilik 8,01%), orta ölçülmüş qiyməti eyni səviyyədə müəyyən edilmişdir.

Nəticədə, 250 milyon manat həcmində notlar yerləşdirilmişdir.

 

 

Bütün xəbərlər