Azad olunmuş ərazilərdə turizmlə bağlı strategiya hazırlanır - Açıqlama

16:01 - 23.02.2021


23 fevral, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə turizmlə bağlı strategiya hazırlanır.

ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov mətbuat konfransında bildirib.

O qeyd edib ki, bura təhlükəsizlik, bələdçilərin hazırlanması və s. bir çox məsələlər daxildir.

K.Qasımov qeyd edib ki, ümumilikdə Qarabağda əsas iqtisadi sahələrdən biri məhz turizm olacaq.

Onun sözlərinə görə, artıq bələdçilərlə bağlı proqrama başlanılıb, onlara Qarabağın tanıdılmasına dair 4 təlim keçirilib. Bu, davamlı prosesdir.

 

Bütün xəbərlər