330x110
 

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə 145.8 milyon manat ödənilib

19.03.2021,12:22


19 mart, Fineko/abc.az. Mart-dekabr aylarında yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiliyindən ABC.AZ-a daxil olan məlumata görə, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385.000 manat məbləğində müddətli əlavə ödənilib.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138.500 manat məbləğində mükafat ödənilib.