16:30 - 8.09.2021
8 sentyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında görüş olub.
Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, görüşdə F.Nağıyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı və oradakı turizm infrastrukturunun yenidənqurulması və bərpası istiqamətində görülən işlərdən danışıb.
O qeyd edib ki, gələcəkdə əcnəbi turistlər yeni turizm destinasiyası kimi tanınacaq Qarabağa cəlb olunacaqlar.
Səfir isə növbəti illərdə qarşılıqlı səfərlərin artacağına və əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.
Görüş zamanı turizm sahəsində qarşılıqlı investisiyaların artırılması, birbaşa aviareyslərin açılması üzrə müvafiq tədbirlərin görülməsi, postpandemiya dövründə turizmin bərpası üzrə planlaşdırılan fəaliyyətlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024