Birinci rübdə Azərbaycana gələn turistlərin sayı 12,6% artıb

14:44 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Azərbaycana gələn turist axını birinci rübdə artıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvar-mart aylarında ölkəyə 627,835 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 12,6% və ya 70,207 nəfər çoxdur.

Xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər etmişdir. Əsasən ölkəyə Rusiya Federasiyası (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran İslam Respublikası (99 158 nəfər) və Türkiyə (72 733 nəfər), BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları gəlir.

 

 

Bütün xəbərlər