Naxçıvanı turizm mərkəzinə necə çevirmək olar?

15:51 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. “Biz Naxçıvanı ilk növbədə turizm destinasiyası kimi yerli ziyarətçilərə tanıtmalıyıq. Yaxın gələcəkdə tur operatorların, turizm agentliklərinin bura səfərlərinin təmin olunması planlaşdırılır.

Bunu ABC.AZ-a açıqlamasında Naxçıvana mediatur çərçivısində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O qeyd edib ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Naxçıvan MR-in Turizm Departamentinin direktoru Əkbər Novruzov arasında da bu məsələ müzakirə edilib və bir plan kimi təklif olunub.

"Həmin səfərlərdən biz tur operatorların, turizm agentliklərinin nümayəndələrinə motivasiya verəcəyik ki, Naxçıvan onların tur proqramlarının daimi bir hissəsi olsun, onlar bura haqqında danışa bilsin, bu haqda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun iştirak etdiyi beynəlxalq sərgilərdə Naxçıbana olan turpaketlərini sata bilsinlər. Daha sonra isə əcnəbi turistlər Naxçıvanı daha çox kəşf edə bilərlər" deyə ATB-nin Baş İcraçı direktoru bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər