Azərbaycan Türkiyə sığorta sisteminə inteqrasiya edir?

30.11.2021,11:44


30 noyabr, Fineko/abc.az.    “Azərbaycan və Türkiyə arasında “Yaşıl kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı iş aparılır”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib.

“Artıq Beynəlxalq İcbari Sığortalar Bürosu bu məsələni təsdiqləyib. Yəni Azərbaycana məxsus avtomobil Türkiyə ərazisinə daxil olanda sürücüdən sənədləri baxılması tələb edilməyəcək. Çünki, onun “Yaşıl Kart”ı sistemdə görünəcək. Biz bu inteqrasiyanı Rusiyanın “Yaşıl Kart” sığorta sistemi ilə də etmək istərdik”, - deyə o, qeyd edib.