Rusiya Azərbaycana 6 mlrd. dollardan çox investisiya yatırıb - Şahin Mustafayev

15:42 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda Baş nazirin müavini Şahin Mustafayev indiyədək Rusiya iqtisadiyyatına yatırılmış Azərbaycan investisiyalarının həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Ş.Mustafayev ölkəmizin indiyədək şimal qonşumuzun iqtisadiyyatına 1,2 mlrd. ABŞ dollarından çox investisiya yatırdığını bildirib.

Onun sözlərinə görə, Rusiya isə Azərbaycan iqtisadiyyatına 6 mlrd. dollardan çox investisiya yatırıb və hazırda Azərbaycanda qeydiyyata alınmış Rusiya kapitallı 1 110-a yaxın müəssisə mövcuddur.

 

Bütün xəbərlər