Könüllü sığorta yığımı artıb ya azalıb?

10:49 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 528 898,5 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, ötən ilin yanvar-noyabr aylarına nisbətən (462 382,4 min manata) 14,39% çoxdur.

Ötən 11 ayda icbari sığorta növləri (206 543,4 min manata) hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,72% artaraq 239 016 min manata çatıb.

 

Bütün xəbərlər