Ağdamda otel tikiləcək - Prezident təməlqoymada iştirak edib

11:25 - 14.02.2022


14 fevral, Fineko/abc.az. Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

ABC.AZ xəbər verir ki, “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev dövlət başçısına və xanımına layihə barədə məlumat verib.

Bildirildi ki, 2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq.

Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq.

Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev otelin təməlini qoydu.

 

Bütün xəbərlər