“PAŞA Həyat Sığorta”da bəzi göstəricilər üzrə azalmalar var – Hesabat

10:51 - 31.03.2022


31 mart, Fineko/abc.az. Bəzi göstəricilır “PAŞA Həyat Sığorta” ASC 2021-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ötən il sözügedən şirkətin xalis mənfəəti 2020-ci illə müqayisədə azalıb. Belə ki, 2020-ci ili 21 milyon 773 min manat xalis mənfəətlə başa vuran şirkət 2021-ci ili 17 milyon 714 min manat xalis mənfəət ilə bağlayıb.

Azalmaları bununla da bitməyən şirkətin  ötən il ə cəmi əməliyyat gəlirləri 291 milyon 779 min manat, cəmi əməliyyat xərcləri 268 milyon 210 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə şirkətin cəmi əməliyyat gəlirləri 312 milyon 34 min manat, cəmi əməliyyat xərcləri 282 milyon 554 min manat təşkil etmişdi.

Bütün xəbərlər