"Azərsığorta"nın 9 rayon filialı ləğv olundu

11:01 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialını ləğv edildiyi iddia olunur.

ABC.AZ xəbər verir ki, qərarın yeni sədrin gəlməsindən sonra verilməsi təəccüblərə səbən olub.

Belə ki, sözügedən məsələ ilə bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirilmiş iclasında qərar verilib. İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər