Mərkəzi Bank 51 sığorta agentinin lisenziyasını dondurdu

15:59 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank 51 sığorta agentinin lisenziyasını müvəqqəti dondurub.

ABC.AZ bu barədə quruma istinadən xəbər verir. Belə ki, Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” Qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar 31 avqust 2022-ci il tarixli qərarı ilə fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsini 3 ay müddətinə dayandırıb.

Mərkəzi Bank könüllü müraciətləri əsasında 2 fiziki şəxsə sığorta agentinə verilmiş lisenziyanı isə ləğv edib.

 

Bütün xəbərlər