12:24 - 17.03.2023
17 mart, Fineko/abc.az. 2022-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 594 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 20,3% çoxdur.
Bu ilin əvvəlinə sektorun aktivlərinin 719 milyon manatı və yaxud 40%-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 35,2% çoxdur.
O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 38,3% artaraq 632 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 16% artaraq 87 milyon manata çatıb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 3,6% artaraq 319 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,5% artaraq 119 milyon manat, digər aktivləri isə 14,7% artaraq 438 milyon manat təşkil edib.
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024