“PASHA Holding” şirkətinə yeni maliyyə direktoru təyin edildi

17:56 - 3.05.2019


3 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “PAŞA Sığorta” şirkətinin idarə heyətinin tərkibində dəyişiklik baş verib.

Şirkətin məlumatına əsasən, sığorta şirkətinin maliyyə blokuna rəhbərlik edən Ülviyyə Abbasova müvəqqəti olaraq, Paşa Sığorta idarə heyətinin üzvü vəzifəsinə təyin olunub.

Ülviyyə Abbasova bu vəzifədə Murad Süleymanovu əvəz edib. Murad Süleymanov isə, sığorta şirkətinin strukturuna daxil olan PASHA Holding-ə maliyyə direktoru vəzifəsinə təyin edilib.

PAŞA Sığorta 2006-cı ildən fəaliyyət göstərir və 300 min müştəriyə malikdir.  Şirkət, 36 minə yaxın könüllü və icbari sığorta növü təklif edir.

 

 

Bütün xəbərlər