Hüquqi və fiziki şəxslər Azərbaycan ərazisində olan sığorta obyektlərini necə sığortalamalıdırlar?

11:34 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində olan sığorta obyektlərini (bu maddənin 2-ci bəndində sadalananlar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçılarda sığortalamalıdırlar.

Bu bənd Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında qeyd olunub.

Adıçəkilən qanunda qeyd olunur ki, xarici ölkələrdə idxal-ixrac edilən malların nəqliyyat sığortaları, təyyarə, vertolyot və dəmirlərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları edilir. Həmçinin gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları, həyat sığortaları, vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi qəza, xəstəlik və mühərrik nəqliyyat vasitəsi sığortaları da olunur.

 

Bütün xəbərlər