İcbari Tibbi Sığorta ilə bağlı iclas - Prioritet vəzifələrdən danışılıb

10:40 - 20.12.2019


20 dekabr, Fineko/abc.az.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi ixtisaslar üzrə işçi qruplarının həkim-koordinatorları ilə iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq, əhalinin tibbi xidmətlərə əlçatanlığını və xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsini təmin etmək məqsədilə hər kəsin işlərə məsuliyyətlə yanaşması, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməsi mütləqdir. 

Gündəlikdə duran məsələlərin müzakirəsini davam etdirən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi ixtisaslar üzrə işçi qruplarının tibb müəssisələrinin idarəedilməsi və müəssisələrə nəzarət sisteminin möhkəmləndirilməsi məqsədilə yaradıldığını bildirib: “TƏBİB-in tabeliyinə verilmiş dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və standartlaşdırılması, eləcə də ölkədə tibbi kadr potensialının gücləndirilməsi  qarşıda duran əsas prioritet vəzifələrdəndir”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər