“Azərbaycan Sənaye Sığorta” səhmdarlara dividend ödəyəcək

10:33 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Yanvarın 25-də “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, gündəlikdə "Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmdarlarına dividendlərin ödənilməsi və digər məsələlər var.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC səhmlərinin 95%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər