330x110
 

Xərcləri azalan və artan sığorta şirkətləri - Siyahı

20.04.2021,10:18


20 aprel, Fineko/abc.az. Ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir. Ən çox azalma “İpək Yolu Sığorta”da (48,5%), ən az azalma isə “Qala Həyat Sığorta”da (2,7%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin xərcləri isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1%) qeydə alınıb.