Sığorta sektorunda artım - Ödənişlər və yığımlar artıb

14:42 - 26.04.2021


26 aprel, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart dövründə Azərbaycanın 20 sığorta şirkəti tərəfindən 248 milyon 989 min manat sığorta haqları hesablanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Sözügedən dövrdə 145 milyon 345 min manat da sığorta ödənişləri həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrüni nisbətən artım müşahidə olunub.

Belə ki, hesablanmış sığorta haqları 8 milyon 225 min manat və ya 3,4%, sığorta ödənişləri isə 1,9 dəfə artıb.

Belə ki, ötən ilin yanvar-mart dövründə 240 milyon 764 min manat sığorta haqları hesablanmış, 77 milyon 91 min manat sığorta ödənişləri həyata keçirilmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər