Əbu-Dabi Azərbaycanlılar üçün qapısını açdı - Turistlər üçün karantin ləğv edildi

11:03 - 24.05.2021


24 may, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi mayın 23-dən etibarən bu şəhərdə yeni növ koronavirus infeksiyası ilə bağlı karantindən azad olunan ölkə vətəndaşları üçün yeni “yaşıl siyahı”nı açıqlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, 25 aprel tarixindən qüvvədə olan siyahıya Azərbaycan, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və Amerika Birləşmiş Ştatları da daxil edilib.

Bu ölkələrdən Əbu-Dabi əmirliyinə gələn şəxslər məcburi karantin tədbirlərindən azad ediləcək və onlardan yalnız hava limanına çatdıqdan sonra “PCR” testi vermələri tələb olunacaq.

Qeyd edək ki, Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir. “Yaşıl siyahı”da karantinə ehtiyac olmayan ölkələrin, bölgələrin və ərazilərin adı yer alır.

 

Bütün xəbərlər