Mərkəzi Bank 27 sığorta agentinin lisenziyalarını ləğv edib

17:31 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank 27 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını könüllü müraciət əsasında ləğv edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1-ci maddəsinə uyğun olaraq sentyabrın 14-də qəbul olunub.

 

Bütün xəbərlər