“Azərsığorta” şirkətinin sığorta ödənişləri artıb - Hesabat

27.05.2022,16:25


27 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında “Azərsığorta” Dövlət Sığorta Şirkəti müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 8,470 mln. manat olub.

 Şirkətdən ABC.AZ-a veilən məlumata görə, cari ilin yanvar ayı ilə müqayisədə aprel ayında verilən sığorta ödənişlərinin həcmi 6,474 mln. manat və ya 4,2 dəfə artaraq 8,470 mln. manat təşkil edib.

Həmçinin sığorta ödənişi alan müştərilərin sayında da artım müşahidə olunub. Cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, aprel ayında bu rəqəm 518 nəfər və ya 29,2% artaraq 2290 nəfərə çatıb.

Ümumilikdə, cari ilin yanvar-aprel ayında “Azərsığorta” şirkəti tərəfindən 8271 müştəriyə sığorta ödənişi verilmişdir.