Türkiyə turistlər üçün bu qadağaları ləğv etdi

16.06.2022,14:41


16 iyun, Fineko/abc.az. 1 iyun 2022-ci il tarixindən etibarən Türkiyədə bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün peyvənd sertifikatı, PCR və ya ekspress testi təqdim etmək tələbləri ləğv edilib.

ABC.AZ xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin səlahiyyətli orqanlarına “Ölkəyə giriş tədbirləri haqqında” sənəd göndərib.

Sənədə əsasən, iyunun 1-dən ölkəyə daxil olmaq üçün bütün sərhəd məntəqələrində girişə maksimum 72 saat qalmış təqdim edilməsi tələb olunan PCR testi və ya girişdən sonra 48 saat ərzində edilməli olan mənfi nəticəli sürətli anticisim testi tələb olunmayacaq.

Müəllif: Elmir Murad