Aqrar Tədqiqatlar Mərkəzi böyük zərərdə - Hesabat

15:59 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) 2020-ci ili 953 min manat zərərlə başa vurub. Halbuki, Mərkəz 2019-cu ildən 701 min manat mənfəətlə çıxmışdı.

ABC.AZ xəbər verir ki, ötən il ATM-in ümumi gəlirləri 1,155 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 3,6 dəfə azdır.

Bunun 867 min manatı qeyri-birja əməliyyatlarının hesabına əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu isə illik müqayisədə 4,4 dəfə azdır. Bundan başqa, qurum birja əməliyyatlarının hesabına 271 min manat (17,6% az), digər əməliyyatların hesabına isə 17 min manat (3,4 dəfə çox) gəlir əldə edib. 

2020-ci ildə ATM-in ümumi xərcləri isə 2,109 milyon manat təşkil edib ki, bu da 2019-cu ilə nisbətən 39,1% azdır. O cümlədən Mərkəzin insan resursları üzrə xərcləri 2,3% artaraq 1,46 milyon manat, amortizasiya və köhnəlmə xərcləri 11,5 dəfə artaraq 551 min manat, fəaliyyət üzrə xərcləri 20,9 dəfə azalaraq 95 min manat olub, eləcə də 2 min manat digər xərcləri yaranıb. 

 

 

Other news