Orxan Məmmədov “AtaSığorta” çirkətinin sədri təyin edilib

13:13 - 10.05.2019


10 may, Fineko/abc.az. “AtaSığorta” şirkətinin rəhbərliyində dəyişiklik edilib.

Şirkətin səhmdarlarının qərarı ilə, növbədənkənar iclasda şirkətin idarə heyətinin sədrinin birinci müavini Orxan Məmmədov təyin edildi.

İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini, idarə heyətinin sədr müavini Qoşqar Həsənov qəbul edib.

“AtaSığorta” şirkətinin İdarə Heyətinin artıq keçmiş sədri Müseyib Əliyev bu gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" MMC-də maliyyə direktoru vəzifəsinə başlamışdır.

AtaSığorta sığorta şirkəti 2004-cü ildən fəaliyyət göstərir və “AtaHoldinq”in strukturuna daxildir.

 

Bütün xəbərlər