Yaxın gələcəkdə inkişaf edəcək sığorta növləri – Ekspertdən açıqlama

11:13 - 11.06.2019


11 iyun, Fineko/abc.az. “Azərbaycanda sığorta bazarı dinamikdir və yüksələn xətt üzrə inkişaf etməkdədir.”- bunu sığorta eksperti İlkin İbrahimov bildirib.

Ekspert qarşıdakı illərdə inkişaf prespektivi olan sığorta növlərinin adlarını da açıqlayıb.

Onun fikrincə, növbəti illərdə icbari tibbi sığorta və aqrar sığortanın inkişafı daha çox nəzərə çarpacaq: “Hazırda isə ölkədə ən çox tələbat görən sığorta növləri - məcburi xarakter daşıyan sığorta növləridir. Xüsusilə də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasıdır”.

 

Bütün xəbərlər