330x110
 

“Bakı Sığorta”-nın cəmi gəlirləri 416 min manat azalıb

03.09.2019,14:28


3 sentyabr, Fineko/abc.az. “Bakı Sığorta” ASC 2019-cu ilin birinci yarısını 22 min 312 manat xalis mənfəətlə başa vurub.

Bu barədə şirkətin açıqladığı yarımillik hesabatda məlumat verilib.

Hesabata əsasən, açıqlanan rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə azalıb. Belə ki, adıçəkilən şirkət 2018-ci ilin birinci yarısını 298 min 900 manat xalis mənfəətlə bağlamışdı.

Həmçinin 2019-cu ilin yanvar-iyun dövründə “Bakı Sığorta”-nın cəmi gəlirləri 858 min manat, cəmi xərcləri isə 830 min manat olub. Şirkət təxminən 28 min manatlıq əməliyyat mənfəətindən 5578 manat mənfəət vergisi də ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Bakı Sığorta”nın cəmi gəlirləri 1 milyon 274 min manat, cəmi xərcləri isə 900,5 min manat təşkil etmişdi.Bu isə onu göstərir ki, şirkət ötən ilin eyni dövrü ilə müqayisədə bu il 416 min manat az gəlir əldə edib.