330x110
 

Sahibkarlar mallarını niyə sığortalamır? – Səbəbləri ekspert açıqlayır

16.12.2019,14:25


16 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bir müddət əvvəl Bakı-Sumqayıt yolunda yerləşən “Eurohome” tikinti materialları dükanı yanıb.

Adıçəkilən bazarın yanan konstruksiyalarının “közü tam sönməmiş”, Bakıda başqa bazarda da yanğın baş verdi. Bu dəfə tikinti materialları bazarı olmasa da, burada da sahibkarlara ziyan dəydi. Hər iki yanğından sonra bazarlardakı sahibkarların mallarını sığortalatmaq məsələsi yenidən gündəmə gəldi. Hər dəfə yanğından sonra sahibkarların mallarını sığortalamamasının səbəbləri daha aktual suala çevrilir. Bu dəfə isə sığorta eksperti Xəyal Məmmədxanlıya başqa sualla müraciət etdik.

Sahibkarların mallarını sığortalamasının qarşısını nələr kəsir?

Sığorta eksperti Xəyal Məmmədxanlı məsələ ilə bağlı ABC.AZ-a bildirdi ki, vergidən yayınmaq üçün əmlakın bazar dəyərinin və sığorta məbləğinin azaldılması ehtimalı ola bilər.  Ekspert hesab edir ki, buna baxmayaraq bu ümumiyyətlə sığortalanmamaq üçün bəhanə və əsas ola bilməz: “Fakt odur ki, əksər mağaza sahiblərindən sığorta adı ilə pullar toplanır və “heç nə olmaz əşi, pullar da bizə qalar” düşüncəsi ilə hərəkət edirlər. Yaxud da əmlakı öz dəyərindən dəfələrlə aşağı qiymətə sığorta edərək xərclərinə qənaət etdiklərini düşünürlər”.

Müəllif: Elmir Murad