İcbari tibbi sığorta haqlarının ödənilmə tarixi açıqlandı – Müddəalar da bəlli oldu

10:53 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib.

ABC.AZ xəbər verir ki, artıq 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək müddəalar da bəlli olub.

Belə ki, sözügedən tarixdən etibarən  müştərək maliyyələşmə məbləği, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə – minimum aylıq əməkhaqqının 4 faizi formasında olacaq.

İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qeyd edilənlərdən başqa digər sığortaolunanlar üzrə minimum aylıq əməkhaqqının 48 faizi haqqı 2023-cü il yanvarın 1-dən alınacaq. 

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər